Cərrah mama-ginekoloq — Bakı

Dr. Vüsalə Rüstəmova
cərrah mama-ginekoloq


Riskli hamiləliklərin təqibi, doğuş və ginekoloji cərrahiyyə. Hər qərar müayinədən sonra, sizinlə birlikdə verilir.

Baku Medical Plaza — Medilux filialı — Kral Hüseyn küçəsi 66B, Nərimanov rayonu, Bakı

Dr. Vüsalə Rüstəmova, cərrah mama-ginekoloq
VR Dr. Vüsalə Rüstəmova Cərrah mama-ginekoloq
  • Azərbaycan Tibb Universiteti məzunu, 2011
  • Mama-ginekologiya üzrə rezidentura, ATU, 2012–2017
  • Həkim mütəxəssis mama-ginekoloq
  • Baku Medical Plaza — Medilux filialı, Bakı
Dr. Vüsalə Rüstəmova Baku Medical Plaza klinikasında
VR Bakı

Həkim haqqında

Kimə etibar edirsiniz?

Azərbaycan Tibb Universitetini 2011-ci ildə bitirmişəm. 2012–2017-ci illərdə ATU-nun II Mama-Ginekologiya kafedrasında rezidentura keçərək həkim mütəxəssis mama-ginekoloq dərəcəsi almışam.

5 saylı doğum evi və ATU Tədris Cərrahiyyə Klinikasından sonra 2017-ci ildən cərrah mama-ginekoloq kimi çalışıram. Hazırda Baku Medical Plaza — Medilux filialı ünvanında qəbul edirəm.

  • Üç elmi seminarda məruzəçi — uşaqlıq boynu xəstəlikləri, adəti düşüklər, dölün ultrasəs diaqnostikası
  • XIV Türk-Alman Jinekoloji Konqresi və menopauza, endometrioz üzrə konfranslar
  • Analıq məktəbində və televiziyada maarifləndirmə çıxışları
Tam bioqrafiya
Dr. Vüsalə Rüstəmova əməliyyatxanada yenidoğulmuş körpə ilə
Əməliyyatxana

Cərrahi təcrübə

Əməliyyatxanada

Cərrah mama-ginekoloq kimi qapalı və açıq ginekoloji əməliyyatları özüm icra edirəm. Üsul törəmənin növündən, ölçüsündən və yerləşməsindən asılı olaraq seçilir — qapalı üsul çox halda üstün tutulur, lakin bəzi vəziyyətlərdə açıq əməliyyat daha təhlükəsizdir.

  • Laparoskopik və histeroskopik əməliyyatlar
  • Kistektomiya, mioma cərrahiyyəsi, polipektomiya
  • Uşaqlıqdankənar hamiləlikdə orqanqoruyucu müdaxilə
  • Keysəriyyə və doğuşun aparılması
Cərrahiyyə haqqında

Yanaşma

Necə işləyirəm

I

Əvvəlcə dinləmək

Müayinə şikayətin, hamiləlik və doğuş tarixçəsinin, əvvəlki analiz və əməliyyatların dinlənilməsi ilə başlayır. Qərar bundan sonra verilir.

II

Müayinəni yarımçıq buraxmamaq

Ultrasəs təkbaşına hər şeyi göstərmir. Uşaqlıq boynundakı dəyişikliklər güzgü müayinəsi və Pap-smear olmadan görünmür — buna görə müayinə tam aparılır.

III

Mümkün olanda orqanı qorumaq

Sonsuzluq və uşaqlıqdankənar hamiləlik hallarında məqsəd reproduktiv funksiyanı qorumaqdır. Qərar əməliyyat zamanı tapılan vəziyyətdən asılıdır.

Qəbul necə keçir

İlk qəbula gəlməzdən əvvəl

Nə gözlədiyinizi bilmək müraciəti asanlaşdırır.

  1. Qəbula yazılın

    WhatsApp və ya zəng vasitəsilə sizin üçün uyğun vaxtı razılaşdırırıq.

  2. Şikayətinizi danışın

    Müayinə söhbətlə başlayır: şikayət, hamiləlik və doğuş tarixçəsi, əvvəlki analiz və əməliyyatlar.

  3. Müayinə və ultrasəs

    Baxış, güzgü müayinəsi və ultrasəs. Lazım olduqda analiz və əlavə müayinələr planlaşdırılır.

  4. Plan və növbəti addım

    Nəticələr izah olunur, variantlar birlikdə müzakirə edilir və nəzarət vaxtı təyin olunur.

Özünüzlə gətirin

Əvvəlki analiz və ultrasəs nəticələri · əməliyyat çıxarışları · qəbul etdiyiniz dərmanların siyahısı · son aybaşının başlama tarixi.

Suallar

Qəbuldan əvvəl ən çox soruşulanlar

Qəbula necə yazıla bilərəm?

+994 51 700 51 00 nömrəsinə zəng edərək və ya WhatsApp vasitəsilə yaza bilərsiniz. Qəbul saatları əvvəlcədən razılaşdırılır.

Harada qəbul edirsiniz?

Baku Medical Plaza — Medilux filialı ünvanında — Kral Hüseyn küçəsi 66B, Nərimanov rayonu, Bakı. Ən yaxın metro Gənclikdir.

Qəbula özümlə nə gətirməliyəm?

Əvvəlki analiz və ultrasəs nəticələrini, əməliyyat çıxarışlarını, qəbul etdiyiniz dərmanların siyahısını və son aybaşının başlama tarixini.

Hamiləliyi öyrənən kimi nə etməliyəm?

İlk qəbula yazılın. İlk müayinədə tarixçə götürülür, ultrasəs aparılır və analizlər planlaşdırılır. Erkən həftələrdə vaginal ultrasəs təhlükəsizdir və düşüyə səbəb olmur.

Nə vaxt sonsuzluq müayinəsinə başlamaq lazımdır?

Bir il müntəzəm və qorunmasız cinsi həyata baxmayaraq hamiləlik olmursa. 35 yaşdan yuxarıdırsınızsa — altı ay sonra.

Bütün suallar

Rəylər

Xəstə rəyləri

Qəbulda olmusunuzsa, təcrübənizi bölüşməyiniz digər xanımlara həkim seçimində kömək edir.

Instagram-da rəy yazın

Ünvan

Harada qəbul edirəm

  • Klinika Baku Medical Plaza — Medilux filialı
    Kral Hüseyn küçəsi 66B, Nərimanov rayonu, Bakı · Ən yaxın metro: Gənclik
  • Qəbul və WhatsApp +994 51 700 51 00
  • İş rejimi Klinika 24/7 Qəbul saatlarım əvvəlcədən razılaşdırılır.

Yenilənib: