Spiral (UDV): üstünlükləri, çatışmazlıqları və qoyulma vaxtı
Müəllif: Dr. Vüsalə Rüstəmova, cərrah mama-ginekoloq, Bakı.
Uşaqlıqdaxili vasitə (UDV və ya spiral) — xüsusi vasitələrin köməyi ilə uşaqlıq boşluğuna yeridilən hamiləlikdən qorunma üsuludur. Hormonal və metal tərkibli — mis, gümüş, qızıl — növləri istifadə olunur.
Üstünlükləri
- Yüksək dərəcədə effektivlik
- Təsirin uzunmüddətli olması
- İstifadədə sadəlik
- Çıxarıldıqdan sonra məhsuldarlığın tez bərpa olunması
- Laktasiya dövründə istifadənin mümkünlüyü
- Təsirin geri dönən olması
Çatışmayan cəhətləri
- Yeridilmə zamanı baş verə biləcək fəsadlar, o cümlədən uşaqlığın perforasiyası
- Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri riski
- Aybaşı xarakterinin dəyişməsi
Aybaşının neçənci günü qoyulmalıdır?
Spiralın qoyulması üçün ən uyğun vaxt aybaşının ilk 7 günü, xüsusilə 3, 4 və 5-ci günləridir.
Səbəb:
- Hamiləlik ehtimalı bu günlərdə minimumdur.
- Servikal kanal açıq olduğu üçün proses daha rahat keçir.
Hormonal spiral
Hormonal spiral bəzi hallarda təkcə kontrasepsiya üçün deyil, gur uşaqlıq qanaxmalarının idarə olunmasında da istifadə olunur. Məsələn, histeroskopik polipektomiyadan sonra qanaxmanın idarə olunması üçün müzakirə oluna bilər. Uyğun olub-olmaması müayinədən sonra müəyyənləşir. Ətraflı: Uşaqlıq qanaxmaları.
Təcili kontrasepsiya haqqında
Təcili kontrasepsiya vasitələri qorunmayan cinsi əlaqədən sonra planlaşdırılmamış hamiləliyin qarşısını almaq üçün istifadə olunan təcili vasitələrdir. Orqanizmə və menstrual siklə birbaşa təsir edir və müntəzəm qorunma üsulu kimi istifadə olunmamalıdır.
Seçim fərdidir
Hər qadının orqanizmi fərqlidir. Sizin üçün ən effektiv və uyğun qorunma metodunu yalnız həkiminizlə məsləhətləşərək və analizlərin nəticəsinə uyğun seçə bilərsiniz.
Ən çox verilən suallar
Spiral neçə il qalır?
Müddət spiralın növündən asılıdır və qoyularkən sizə dəqiq bildirilir. Müddət bitdikdə spiral dəyişdirilməlidir.
Spiral çıxarıldıqdan sonra hamilə qalmaq çətinləşirmi?
Xeyr, məhsuldarlıq çıxarıldıqdan sonra tez bərpa olunur.
Spiral qoyulması ağrılıdırmı?
Aybaşının ilk günlərində servikal kanal açıq olduğu üçün proses daha rahat keçir. Hisslər fərdi dəyişir.
Süd verirəm, spiral qoydura bilərəmmi?
UDV-nin üstünlüklərindən biri məhz laktasiya dövründə istifadənin mümkün olmasıdır. Uyğunluq müayinədən sonra təsdiqlənir.
Əlaqəli səhifələr
Bu səhifədəki məlumat ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.
Yenilənib: · Müəllif: Dr. Vüsalə Rüstəmova
Qorunma metodunu birlikdə seçək
Uyğun metod tarixçənizə və analiz nəticələrinizə görə müəyyənləşir.